Prezidentdən Rasim Musabəyovla bağlı - Sərəncam

Prezidentdən Rasim Musabəyovla bağlı - Sərəncam

Millət vəkili, politoloq Rasim Musabəyov "Şərəf” ordeni ilə təltif edilib.

Fakt.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rasim Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf” ordeni ilə təltif olunub.

Qeyd edək ki, yanvarın 1-i R.Musabəyovun 75 yaşı tamam olacaq.