İdmançımız rumın rəqibinə 31 saniyəyə qalib gəldi

İdmançımız rumın rəqibinə 31 saniyəyə qalib gəldi

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə peşəkar karyerasında növbəti döyüşünə çıxıb.

Fakt.info xəbər verir ki, o, Niderlandın Arnhem şəhərində keçirilən "Glory 105" turnirində rumıniyalı döyüşçü Kristian Rista ilə qarşılaşıb.

Döyüş həmiyerlimizin qələbəsi ilə yekunlaşıb. O, 31 saniyəyə rəqibini yerə sərib.

Bu, Bəhram Rəcəbzadənin peşəkar kikboksinqdə 73-cü qələbəsi olub. Onun rəqibi isə ardıcıl 5-ci məğlubiyyətini alıb.