DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla insident

DSX Yardımlıda əməliyyat keçirdi - Sərhədi pozanlarla insident

Yardımlıda sərhədi pozmağa çalışan şəxslərlə Dövlət Sərhədi Xidməti əməkdaşları arasında insident yaşanıb.

Fakt.info Bakupost-a istinadən xəbər verir ki, insident İranla sərhədi pozaraq, Azərbaycana keçmək istəyən şəxslərin qanunsuz hərəkətinin qarşısını alarkən baş verib.

Hadisə fonunda silah səsləri eşidilib. Əraziyə hüquq-mühafizə əməkdaşları cəlb edilib.

Qanunsuz şəkildə Azərbaycana keçmək istəyən şəxslərinin əməlinin qarşısı alınıb.