Elşad Abdullayev əmlakı müsadirə edildi - Yüzmilyonluq mülklərin SİYAHISI

Elşad Abdullayev əmlakı müsadirə edildi - Yüzmilyonluq mülklərin SİYAHISI

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin əmlakları müsadirə olunub.

Fakt.info "Teleqraf"a istinadla xəbər verir ki, məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə olunan əmlakların bir qismi aşağıdakılardır:

1) 16 500 000 - 18 100 000 manat dəyərində Azərbaycan Beynəlxalq Universitetini təşkil edən 34 349.7 kvadratmetr ölçüdə torpaq sahəsi;

2) Hazırda "Aristokrat" Tibb Mərkəzinin fəaliyyət göstərdiyi daşınmaz əmlak;

3) "Era" tam orta məktəb və bağçanın fəaliyyət göstərdiyi daşınmaz əmlak (Qiyməti 9-10 milyon manat civarında dəyərləndirilir);

4) Bakı şəhəri Səbail rayonu Ş.Şamil küçəsi ev 11 mənzil 8;

5) Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsində yerləşən 26 saylı bağ sahəsi;

6) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 609 saylı bağ evi;

7) Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 707D saylı bağ evi;

8) Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 3141-ci məhəllə ev 10 mənzil 52;

9) Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov küçəsi 4,6 mənzil 23;

10) Bakı şəhəri Sabunçu rayonu "Vişnyovka-1" bağ sahəsində yerləşən 1234 saylı bağ sahəsi;

11) Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının adına rəsmiləşdirilmiş Rusiya Federasiyasının Moskva şəhəri Odinsovu rayonunun Marfino kəndində 26B ünvanında yerləşən 20 000 kvadratmetr torpaq sahəsi və 1000 kvadratmetr tikilidən ibarət daşınmaz əmlak.

Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Elşad Abdullayev Fransa vətəndaşlığını alıb.