Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs Lənkəranda saxlanılıb

Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs Lənkəranda saxlanılıb

Polis əməkdaşları tərəfindən tamah məqsədilə şantaj xarakterli, həqiqətə uyğun olmayan məlumatların qərəzli şəkildə yayılmasına qarşı tədbirlər davam etdirilir.

Belə ki, özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edilməsi ilə bağlı daxil olan şikayətlər əsasında 34 yaşlı Şəhriyar Həsənzadə Lənkəran şəhəri ərazisində saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, o, müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Ş.Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.