“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir!

“Birlik” Uşaq Musiqi və Rəqs Festivalına start verilir!

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Uşaq Fondu tərəfindən yallı rəqsi üzrə "BİRLİK” layihəsinə başlanılır.

Fakt.info xəbər verir ki, layihənin məqsədi Bakı şəhəri və regionlar üzrə ümumi təhsil müəssisələrində musiqi və rəqs sahəsində istedadlı şagirdlərin üzə çıxarılması, onların bu istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərimizin təbliğidir.

Layihə çərçivəsində 

? 10-18 mart tarixlərində seçim mərhələsi keçiriləcək.
? Aprel ayından etibarən yallı rəqsi üzrə hazırlıq məşqləri təşkil olunacaq.
? Final mərhələsi may ayının sonu – iyun ayının əvvəlində baş tutacaq.

Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində hər bir rayon üzrə mərkəz kimi təyin edilmiş məktəblərdə yuxarıda qeyd edilmiş tarixlərdə saat 15:00-da seçim turları təşkil olunacaq. Şagirdlər aidiyyəti rayon üzrə mərkəzə yaxınlaşıb seçim turunda iştirak edə bilərlər. 

Regionlardan qoşulmaq istəyən komandalar elektron poçt vasitəsilə müraciət edə bilərlər: [email protected]

Seçim mərhələsində qalib olmuş şagirdlər üçün peşəkar yallı məşğələləri təşkil olunacaq. Layihənin yekununda böyük qala konsertinin təşkili planlaşdırılır. 

Bakı şəhərində seçim turu keçiriləcək mərkəz məktəblər aşağıdakılardır: 

* Nəsimi rayonu – 9 nömrəli tam orta ümumtəhsil məktəbi – 10 mart 
* Xəzər rayonu – 149 nömrəli tam orta ümumtəhsil məktəbi – 11 mart 
* Suraxanı rayonu – 318 nömrəli tam orta ümumtəhsil məktəbi – 12 mart 
* Nərimanov rayonu – 202 nömrəli tam orta ümumtəhsil məktəbi – 13 mart
* Xətai rayonu – 56 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart
* Qaradağ rayonu – 228 nömrəli tam orta ümumtəhsil məktəbi – 16 mart 
* Pirallahı rayonu – 168 nömrəli tam orta ümumtəhsil məktəbi – 17 mart
* Sabunçu rayonu – 252 nömrəli məktəb-lisey – 17 mart
* Binəqədi rayonu – 83 nömrəli məktəb-lisey – 18 mart

Bu festival sadəcə bir layihə deyil 
✨ Bir dairə
✨ Bir ritm
✨ Bir gələcəkdir. 

İstedadlı şagirdlərimizi böyük səhnəyə aparan yol başlayır ?

Əlavə məlumat üçün: 

?+994 55 428 08 85 (WhatsApp)
[email protected]