Yardımlıda sabiq direktor vəfat etdi

Yardımlıda sabiq direktor vəfat etdi

Yardımlı rayonunda sabiq direktor vəfat edib. 

Fakt.info "Unikal"a istinadən xəbər verir ki, Yardımlı Diyarşünaslıq Muzeyinin sabiq direktoru, tarixçi-araşdırmaçı Əli Mirzəli oğlu İsgəndərov dünyasını dəyişib.

Əli İsgəndərov 65 yaşında uzun sürən xəstəlik nəticəsində vəfat edib. Mərhum bölgədə tanınmış tarixçi olub.