Fəhlə iş zamanı həyatını itirdi
Ağdamda bədbəxt hadisə baş verib.
Fakt.info Oxu.az-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş Eyvazxanlı kəndində aparılan tikinti işləri zamanı 1990-cı il təvəllüdlü İlkin Mahir oğlu Babayev həyatını itirib.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. İlkin ehtimallara görə, ölüm istehsalat zamanı baş verən bədbəxt hadisə nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma başlanılıb. Müvafiq qurumlar hadisənin səbəblərini müəyyənləşdirmək istiqamətində tədbirlər görür.