"Bavariya" Bundesliqada 54 illik qol rekordunu yeniləyib

"Bavariya" Bundesliqada 54 illik qol rekordunu yeniləyib

Almaniyanın "Bavariya" klubu Bundesliqa mövsümündə vurduğu 103-cü qolla öz rekordunu yeniləyib.
Fakt.info xəbər verir ki, Münhen təmsilçisi bununla 1972-ci ildə vurduğu 101 qolluq göstəricini geridə qoyub.

Komanda 29-cu turun "Sankt-Pauli" ilə oyununda 5:0 hesabı ilə qalib gəlib.

"Bavariya" mövsümün qalan hissəsində "Ştutqart" (19 aprel), "Maynts" (25 aprel), "Haydenhaym" (2 may), "Volfsburq" (9 may) və "Köln" (16 may) ilə qarşılaşacaq.

Qeyd edək ki, "Bavariya" 28 oyundan sonra 73 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir.