İCMA ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində görüş keçirildi - FOTOLAR
17 aprel tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Dövlət Vergi Xidməti arasında formalaşmış əməkdaşlıq çərçivəsində Hüquq, maliyyə və biznes konsultasiyası komissiyası ilə görüş keçirilib.
Fakt.info xəbər verir ki, görüşdə konsaltinq xidmətləri göstərən şirkət rəhbərləri iştirak edib, xidmət göstərilən vergi ödəyicilərinin yeni qanunvericilik və vergi sahəsində qarşılaşdıqları çətinliklər müzakirə olunub.
Səsləndirilən məsələlərin sistemləşdirilərək protokollaşdırılması və İCMA adından Dövlət Vergi Xidmətinə təqdim olunması nəzərdə tutulur.





