İran danışıqlardan imtina etdi, Tramp atəşkəsi uzatdı

İran danışıqlardan imtina etdi, Tramp atəşkəsi uzatdı

İran tərəfi ABŞ ilə danışıqlar üçün İslamabada getməkdən imtina edib.
Fakt.info xəbər verir ki, İran rəsmiləri ABŞ ilə danışıqlarda iştirak etməyib. 

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, ABŞ birtərəfli qaydada atəşkəsi uzadacaq
Trampın mövzu ilə bağlı açıqlamasında bildirib:

"İran hökumətinin ciddi şəkildə parçalandığını nəzərə alaraq, eyni zamanda Asim Munir ilə Şahbaz Şerifin müraciəti əsasında İrana hücumumuzu onların liderləri və nümayəndələri vahid təklif üzərində razılığa gələnədək dayandırırıq.

Buna görə də mən hərbçilərimizə blokadanı davam etdirməyi, digər bütün məsələlərdə isə hazır vəziyyətdə qalmağı tapşırdım və bu səbəbdən atəşkəsi onların təklifi təqdim olunana və müzakirələr yekunlaşana qədər, bu və ya digər şəkildə uzadırıq.