Böyük Britaniyada siqaretlə bağlı sərt məhdudiyyətlər tətbiq olunur
Böyük Britaniyada parlament üzvləri siqaretlə bağlı daha sərt məhdudiyyətləri təsdiqləyib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, hazırda yaşı 18-dən az olan şəxslər siqaret ala bilməyəcəklər.
“Tütün və veypinq haqqında” qanun layihəsinə əsasən, tütün məhsullarının alınması üçün minimal yaş həddi hər il 1 yaş artırılacaq. Bu dəyişiklik 2009-cu il yanvarın 1-dən sonra doğulanlara şamil olunacaq və nəticədə həmin nəsil üçün ömürlük qadağa tətbiq ediləcək.
Gələn həftə “kral təsdiqi”ni alması gözlənilən qanun veypinq sahəsində də nəzarəti gücləndirir. Belə ki, yaşı 18-dən az olan şəxslərə veypinq və nikotin məhsullarının satışı qadağan edilir. Eyni zamanda, bu məhsulların reklamı, nümayişi, pulsuz paylanması və endirimlərlə təqdim olunmasına məhdudiyyətlər tətbiq edilir.
Hökumət bildirir ki, bu tədbirlər siqaretçəkmənin azalmasına və gənclərin nikotindən asılılığının qarşısının alınmasına kömək edəcək. Eyni zamanda, uzunmüddətli perspektivdə Milli Səhiyyə Xidmətinə düşən yükü azaldacaq.