Masallı Taekvondoçusu ölkə birinciliyindən medalla geri döndü

Masallı Taekvondoçusu ölkə birinciliyindən medalla geri döndü

Masallı Taekvondo Mərkəzinin yetirməsi Hüseynova Zəhra Amid qızı (Abbaslı) taekvondo idman növü üzrə yeniyetmələr arasında keçirilən ölkə birinciliyində uğurlu çıxış edərək 37 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
Gənc idmançının bu nailiyyəti onun zəhmətinin, intizamının və idmana olan bağlılığının bariz göstəricisidir. Zəhranın əldə etdiyi uğur Masallı idman ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, son illərdə Masallı Taekvondo Mərkəzi regionda idmanın inkişafına verdiyi töhfələrlə seçilir. Mərkəzdə peşəkar məşqçi heyəti tərəfindən həyata keçirilən məqsədyönlü hazırlıq prosesi nəticəsində müxtəlif yaş qrupları üzrə idmançılar respublika və beynəlxalq səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər. Bu baxımdan Zəhranın qazandığı medal da mərkəzin sistemli fəaliyyətinin və düzgün qurulmuş məşq proqramlarının növbəti bəhrəsi kimi qiymətləndirilir.

Zəhra Hüseynovanı bu uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha yüksək nailiyyətlər arzulayırıq. Eyni zamanda, onun müəllim-məşqçiləri Ədalət və Sadiq Ağayevlərə də gənc idmançıların yetişdirilməsində göstərdikləri əzm və fədakarlığa görə təşəkkür edir, yeni uğurlar diləyirik.
Cəfər Cəfərov