Heydər Əliyev prospektində ağır qəza: Bir nəfərin həyatını itirdiyi ehtimal olunur - VİDEO
Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Fakt.info AZXEBER.COM-a istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfərin həyatını itirdiyi ehtimal olunur.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.
Sözügedən hadisədə iştirak etmiş avtomobillərdən biri evakuator vasitəsilə ərazidən aparılıb.
Qəza səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.