Əhəd Abıyevə ağır itki

Əhəd Abıyevə ağır itki

Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq başçısı, sabiq millət vəkili, ictimai-siyasi xadim Əhəd Abıyevin ailəsində ağır itki baş verib.

Fakt.info xəbər verir ki, onun qardaşı Qadir Abıyev bu gün ürək çatışmazlığı səbəbindən vəfat edib.
Qadir Abıyev uzun illər Gömrük xidmətində çalışıb, gömrük xidməti polkovniki rütbəsinə qədər yüksəlib. Son yaş həddi ilə əlaqədar təqaüddə idi.

Mərhumun dəfn mərasimi 6 may 2026-cı il tarixində saat 12:00-da “Qurd qapısı” qəbiristanlığında keçiriləcək.

Yas mərasimi isə 8 may tarixində saat 11:00-da “Təzə Pir” məscidində baş tutacaq.
Allah rəhmət eləsin.