Mayın 22-də Yardımlıda silahlı insident baş verib.

Mayın 22-də Yardımlıda silahlı insident baş verib.

Qəzetçi-yə məlumat verən mənbənin sözlərinə görə, polis və sərhəd qoşunları İran sərhədi istiqamətində birgə əməliyyat keçirərkən naməlum şəxslərin silahlı müqaviməti ilə üzləşiblər.
Atışma nəticəsində polis əməkdaşlarının yaralandığı və 1 nəfərin həyatını itirdiyi bildirilir. Yaralılar və həyatını itirən polis əməkdaşının cəsədi helikopterlə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Sosial şəbəkələrdə Masallı rayon mərkəzinə helikopterin enməsi ilə bağlı görüntülər yayılıb. Detallı məlumat verilməsə də, hadisənin baş verdiyi  Masallı Rayon Mərkəzi Xəstəxanasından da təsdiqlənib.
Qəzetçi-nin sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, Lerik və Yardımlı rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyat zamanı qaçaqmalçılar silahlı müqavimət göstəriblər. Bir polis əməkdaşı yaralanıb.