Ayxan Abbasov “Şamaxı”dan getdi

Ayxan Abbasov “Şamaxı”dan getdi

"Şamaxı” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
Fakt.info xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 44 yaşlı mütəxəssisin klubla olan müqaviləsinin müddəti başa çatıb.
Şamaxı təmsilçisi ayrılıqla bağlı təcrübəli baş məşqçiyə xüsusi təşəkkürünü ünvanlayıb:
"Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.
Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ilin iyun ayından "Şamaxı”nın sükanı arxasında idi.