FHN: Qeyri-sabit hava ilə bağlı fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir

FHN: Qeyri-sabit hava ilə bağlı fəsadların aradan qaldırılması tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ölkə ərazisində qeydə alınan qeyri-sabit hava ilə bağlı yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, güclü külək nəticəsində avtomobil yollarına və fərdi yaşayış evlərinin üzərinə aşmış ağacların götürülərək kənarlaşdırılması, su basmış yerlərdən suyun çəkilməsi və digər təhlükəsizlik tədbirləri həyata keçirilir.