Akif Həmidov “Tərəqqi” medalı ilə təltif olundu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Dəyyam oğlu Həmidov “Tərəqqi” medalı ilə təltif olunub.
Fakt.info xəbər verir ki, bu yüksək dövlət mükafatı Akif Həmidovun uzun illər ərzində su təsərrüfatı və meliorasiya sahəsində göstərdiyi xidmətlərin, peşəkarlığının və fədakar əməyinin növbəti dəfə yüksək səviyyədə qiymətləndirilməsinin bariz nümunəsidir.
Akif Həmidov rəhbərlik etdiyi dövrdə rayon ərazisində meliorasiya və irriqasiya sistemlərinin etibarlı istismarının təmin olunması, suvarma infrastrukturunun yaxşılaşdırılması və kənd təsərrüfatı istehsalçılarının su təminatının yüksəldilməsi istiqamətində mühüm işlər həyata keçirib. Onun fəaliyyəti nəticəsində su təsərrüfatı sahəsində xidmət keyfiyyətinin artırılması və mövcud problemlərin operativ həlli istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub.
Qeyd edək ki, təltif 5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində baş tutub və bu, sahə əməkdaşları üçün xüsusi önəm daşıyır.
Akif Dəyyam oğlu Həmidovu “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.