Əfqanıstan vətəndaşları sərhədimizi pozmağa cəhd etdi

Əfqanıstan vətəndaşları sərhədimizi pozmağa cəhd etdi

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıblar. 
Fakt.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilir ki, iyun ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.