Aİ-dən süni intellektlə bağlı yeni tələb: 2 avqustdan yeni qaydalar qüvvəyə minir
Avropa Komissiyasının yaydığı açıqlamada süni intellekt tərəfindən yaradılan və ya dəyişdirilən məzmunların necə işarələnməsinə dair könüllü tətbiq qaydalarının qəbul edildiyi bildirilib.
Fakt.info xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalar 2 avqust 2026-cı ildə qüvvəyə minəcək Süni İntellekt Aktının şəffaflıq tələblərinin həyata keçirilməsinə kömək edəcək.
Bildirilib ki, həmin tarixdən etibarən deepfake məzmunlar, eləcə də ictimai maraq doğuran mövzularda yayımlanan süni intellekt tərəfindən yaradılmış və ya manipulyasiya edilmiş mətnlər açıq şəkildə etiketlənməlidir. Vətəndaşlar həmçinin çatbotlar kimi süni intellekt sistemləri ilə ünsiyyət qurarkən qarşılarında insan deyil, süni intellekt olduğunu bilməlidirlər.
Açıqlamada vurğulanıb ki, yeni qaydalar insanların internetdə gördükləri və oxuduqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını daha asan müəyyən etməsinə imkan verəcək.
Xüsusilə son dövrlərdə sürətlə yayılan deepfake məzmunların dezinformasiya və manipulyasiya məqsədilə istifadəsinin qarşısının alınmasının hədəfləndiyi qeyd olunub. Qaydaların süni intellekt sistemlərini hazırlayan şirkətlərlə yanaşı, bu sistemlər vasitəsilə məzmun istehsal edən media qurumları, internet saytları və digər istifadəçilərə də şamil ediləcəyi bildirilib.
Avropa İttifaqının Süni İntellekt Aktı çərçivəsində süni intellekt tərəfindən yaradılmış məzmunların real məzmundan fərqləndirilməsi üçün müxtəlif şəffaflıq qaydaları tətbiq olunur.
Beləliklə, vətəndaşların xüsusilə saxta görüntü, video və səs yazılarından qaynaqlanan aldadıcı məzmunlardan daha yaxşı qorunması məqsədi güdülür.