Moskva-Naxçıvan reysində İNSİDENT: Sərnişin təyyarənin qapısını açmağa çalışdı

Moskva-Naxçıvan reysində İNSİDENT: Sərnişin təyyarənin qapısını açmağa çalışdı

Moskva-Naxçıvan aviareysinin sərnişini uçuş zamanı təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib.
Fakt.info bu barədə "Baza" "Telegram" kanalına istinadən xəbər verir.
Hadisə "Utair" şirkətinə məxsus təyyarənin göyərtəsində baş verib. Layner Xəzər dənizi üzərində 11 min metr yüksəklikdə uçarkən sərnişinlərdən biri qapını daxildən açmağa çalışıb.
Məlum olub ki, o, tualeti axtarırmış. Bələdçilər siqnal səsini eşidiblər və vaxtında onun qarşısını alıblar.
Bundan sonra uçuş normal davam edib, bununla belə, əlverişsiz hava şəraiti səbəbindən təyyarə Naxçıvanda deyil, Gəncədə eniş edib.