Yumurta bu gün də 1 qəpikdir - Foto
Azərbaycanın iri ticarət şəbəkələrində böyük səs-küyə səbəb olan "1 qəpiyə yumurta" kampaniyası bu gün də davam edir.
Fakt.info xəbər verir ki, dünən başlanan kəskin ucuzlaşma bu gün də qüvvədədir və "Hacıqabul Quşçuluq" firmasının məhsulları marketlərdə 1 qəpiyə təklif olunur.
İstehsalçı şirkət və Assosiasiya rəhbəri Mürvət Həsənli bildirib ki, ucuzlaşma sırf bazar tələbi ilə bağlıdır. Hazırda ölkədə gündəlik yumurta istehsalı 6 milyon ədədi ötüb, daxili tələbat isə cəmi 4-4.5 milyondur. İstehsalın tələbatı 125% üstələməsi, dərslərin bitməsi və Məhərrəmlik ayı ilə əlaqədar toyların dayanması bazarda kütləvi bolluq yaradıb.