Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb

Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb

Almaniyanın Bavaria bölgəsində tədris müəssisəsində silahlı insident baş verib.

Bu barədə "BILD” xəbər verir.

Münhenin cənub-qərbində yerləşən gimnaziyada baş verən hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb, yaralıların dəqiq sayı bildirilməyib.

Yaralananların müəllim və ya şagird olması hələ müəyyənləşdirilməyib.

Xəsarət alanların bəzilərində bıçaq yarası olduğu qeyd olunub.

Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.