Bakıda ağac gənclərin üzərinə aşdı - Foto

Bakıda ağac gənclərin üzərinə aşdı - Foto

Bakının Yasamal rayonunda skamyada oturan gənclərin üzərinə ağac aşıb.
Fakt.info Baku.ws-ə istinadla xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyası parkında baş verib.

Hadisə nəticəsində gənclərdən biri yüngül xəsarət alıb.
Xatırladaq ki, son bir neçə gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi.

Güclü külək nəticəsində paytaxtda iki ağacın aşdığı bildirilirdi. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) məlumat yaymışdı.