Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalist Mərhəmət Lələyevi qəbul edib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalist Mərhəmət Lələyevi qəbul edib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Cənub bölgəsində fəaliyyət göstərən "Cənubunsəsi" xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist Mərhəmət Lələyevi qəbul edib.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı media ilə dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyəti, region mətbuatının inkişafı, Cənub bölgəsində həyata keçirilən sosial-iqtisadi layihələr və onların ictimaiyyətə çatdırılmasında mətbuatın rolu barədə geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı jurnalist Mərhəmət Lələyev uzunmüddətli araşdırmalar və zəhmət nəticəsində ərsəyə gətirdiyi, Cənub bölgəsinin tanınmış elm, mədəniyyət, təhsil, səhiyyə, dövlət idarəçiliyi və ictimai-siyasi həyatında mühüm xidmətləri olan şəxsiyyətlərin həyat və fəaliyyətindən bəhs edən "Doğma elin simaları" kitabını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təqdim edib.
Taleh Qaraşov kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirərək, belə nəşrlərin bölgənin tarixi yaddaşının qorunması, ziyalı irsinin gələcək nəsillərə çatdırılması və milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, müəllifə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Mərhəmət Lələyev göstərilən səmimi qəbula və kitaba verilən yüksək dəyərə görə Taleh Qaraşova təşəkkürünü bildirib və "Doğma elin simaları" layihəsinin növbəti cildləri üzərində işlərin davam etdiyini qeyd edib.
Qəbuldan sonra Mərhəmət Lələyev Lənkəran şəhərində olub, şəhərin müxtəlif ərazilərini gəzərək son illərdə həyata keçirilən abadlıq və quruculuq işləri, müasir infrastruktur layihələri, park və xiyabanlar, yol-nəqliyyat sistemi, eləcə də şəhərin ümumi inkişafı ilə yaxından tanış olub. O, Lənkəranın gündən-günə müasirləşdiyini, şəhərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq tədbirlərinin sakinlərin rahatlığına və şəhərin turizm potensialının artmasına mühüm töhfə verdiyini bildirib.
Qeyd edək ki, müəllifi Mərhəmət Lələyev olan "Doğma elin simaları" kitabı Cənub bölgəsinin tanınmış simalarının həyat və fəaliyyətini özündə əks etdirən, tarixi yaddaşın qorunmasına xidmət edən dəyərli nəşrlərdən biridir.