Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var – Ekspert AÇIQLADI - VİDEO

İndi suya girdiyimiz sahil ərazilər bir neçə il əvvəl dənizin az qala ortası idi… Ona görə də dənizdə bu qədər çox boğulma baş verir…
Fakt.info Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Hidrogoelogiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev deyir.
Mütəxəssis bildirir ki, son vaxtlarda dənizə girən şəxs qəfildən dərinliyə düşür. Buna səbəb isə Xəzər dənizinin suyunun çəkilməsidir.

Allahverdi Tağıyev qeyd edir ki, boğulma hallarının baş verməsində insan amili, hava ilə bərabər, dəniz dibinin geoloji quruluşu, sahilboyu relyef və hidrodinamik şərait də mühüm rol oynayır.

Hidrogeoloq Allahverdi Tağıyevin sözlərinə görə, Bilgəh və Mərdəkanda dənizdibi relyefdə çökəkliklərin əmələ gəlməsi, Novxanı çimərliyində birdənd-birə dərinləşmənin baş verməsi də boğulma təhlükəsi yaradan amillərdəndir.