ABŞ müharibəni qızışdırmağa çalışır - Müctəba Xamenei

ABŞ müharibəni qızışdırmağa çalışır - Müctəba Xamenei

ABŞ administrasiyasının İranla əldə olunmuş razılaşmaları pozması gələcəkdə imzalana biləcək ikitərəfli anlaşma memorandumlarına olan etimadı sarsıdır.

Bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa ünvanladığı müraciətdə bildirib.

O, "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, hədə-qorxu siyasəti ABŞ-nin doktrinasının və fəaliyyət modelinin ayrılmaz hissəsidir.

Müctəba Xameneinin sözlərinə görə, Vaşinqton bölgədə müharibəni daha da alovlandırmağa çalışır.

Ali rəhbər müraciətinin sonunda vurğulayıb ki, İranın milli maraqlarının qorunması istiqamətində fəaliyyət bundan sonra da qətiyyətlə davam etdiriləcək.