Millət vəkili Masallıda vətəndaş qəbulu keçirib
Milli Məclisin deputatı Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli məqsədilə təşkil olunan qəbulda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı Təhsil Fondunun rəhbəri Hüseyn Hüseynov da iştirak ediblər.
Qəbul zamanı millət vəkili Məşhur Məmmədov vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Qaldırılan problemlərin bir qismi yerində həllini tapıb, digər müraciətlərlə bağlı isə aidiyyəti dövlət qurumlarına müraciət olunması və məsələlərin nəzarətdə saxlanılması üçün müvafiq tapşırıqlar verilib.
Məşhur Məmmədov vətəndaşlarla birbaşa ünsiyyətin, onların təklif və müraciətlərinin dinlənilməsinin deputat fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O qeyd edib ki, hər bir müraciətə həssaslıqla yanaşılır və insanların problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.