Füzulidə “Aerokosmik Modelçilik Festivalı - 2026” keçirilib
“Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyi “Aerokosmik Modelçilik Festivalı - 2026” adlı layihəsinin icrasını başa çatdırıb. 2026-cı iyulun 26-da Qarabağ iqtisadi zonasında yerləşən Füzuli Beynəlxalq Hava Limanında layihə çərçivəsində festival keçirilib. İctimai Birliyin sədri Ceyhun Xəlilov bildirib ki, layihənin məqsədi ölkədə raket və peyk modelçiliyinin inkişafına, gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılmasına, texniki yaradıcılığın təşviqinə və sağlam həyat tərzinin təbliğinə dəstək verməkdir.
Festivalın açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, ilk türk astronavtı Alper Gezeravcı və digər şəxslər çıxışlar edərək festivalın elmi-texniki yaradıcılığın inkişafına verdiyi töhfədən bəhs ediblər.
Artıq dördüncü dəfə təşkil olunan festival iki mərhələdə, 12 kateqoriya üzrə keçirilib. Yarış proqramına “S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Streamer”, “S-6-B Streamer”, “S-6-C Streamer”, “Peyk Modelçiliyi” (CubeSat), “Startap” (Aerospace), FPV dron, təyyarə modelçiliyi, eləcə də ilk dəfə olaraq “Naqilsiz rabitə” və “Səmt müəyyən etmə” texniki idman növləri daxil edilib. Bununla yanaşı, intellektual müsabiqələr, helikopter və təyyarə modellərinin aviaşou xarakterli nümayişləri təşkil olunub. Gənclər aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahələrində əldə etdikləri bilikləri praktik mühitdə tətbiq etmək imkanı qazanıblar.
Layihə çərçivəsində festival AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu, AR Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, AZAL, “AZAD Systems”, “ASAN Viza”, “ASAN TV”, “ASELSAN Bakı”, “Hədəf” Liseyi, “IT Innovations Academy”, “AzST MMC” və “ORBITE” MMC-nin tərəfdaşlığı ilə təşkil olunub.