Qarabağ Universiteti vebinarlar təşkil edəcək

Qarabağ Universiteti vebinarlar təşkil edəcək

Abituriyentlərin ixtisas seçimi prosesində düzgün qərar vermələrinə dəstək məqsədilə Qarabağ Universiteti Microsoft Teams platformasında fakültələr üzrə silsilə maarifləndirici vebinarlar təşkil edəcək.
Fakt.info xəbər verir ki, vebinarlar zamanı universitetin akademik heyətinin nümayəndələri ixtisaslar, tədris proqramları, təhsil imkanları və məzunların karyera perspektivləri barədə ətraflı məlumat verəcək, eyni zamanda iştirakçıların suallarını cavablandıracaqlar.

Vebinarların qrafiki:

31 iyul, saat 10:00 – Tibb və Sağlamlıq elmləri fakültəsi
1 avqust, saat 10:00 – Mühəndislik, Təbiət elmləri, Riyaziyyat və Kompüter elmləri fakültəsi
3 avqust, saat 10:00 – Biznes və İqtisadiyyat fakültəsi
4 avqust, saat 10:00 – Humanitar və Sosial elmlər fakültəsi
5 avqust, saat 10:00 – Pedaqoji fakültə
6 avqust, saat 10:00 – İncəsənət fakültəsi

Bütün vebinarlar Microsoft Teams platformasında keçiriləcək.

İştirak etmək istəyən abituriyentlər Qarabağ Universitetinin rəsmi sosial media hesablarında paylaşılmış QR kod vasitəsilə və ya növbəti linkdə keçid edərək qeydiyyatdan keçə bilərlər:

https://linktr.ee/qarabaghuniversity

Qeydiyyatdan keçən iştirakçılara vebinara qoşulmaq üçün Teams keçidi elektron poçt vasitəsilə göndəriləcək.

Qarabağ Universiteti bütün abituriyentləri və valideynləri vebinarlara qoşulmağa, ixtisaslar, təhsil imkanları və gələcək karyera perspektivləri barədə ətraflı məlumat əldə etməyə, həmçinin ixtisas seçimlərini daha məlumatlı şəkildə etməyə dəvət edir.