Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Faktl.info-nun məlumatına görə, hadisə rayonun Dostallı kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində kənd sakinlərinə məxsus iki həyətyanı sahədə quru otlar və bir tövlə yanıb.

Kənd sakinləri bildiriblər ki, yanğın hadisəsi ərazidən keçən yüksəkgərginlikli elektrik naqillərinin birləşməsi nəticəsində baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.