Xətaidə yaşayış binasında yanğın - VİDEO

Xətaidə yaşayış binasında yanğın - VİDEO

Bakı şəhəri, Xətai rayonunda, yaşayış binasında yanğın baş verib.

Fakt.info xəbər verir ki, yanğının Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində başladığı bildirilir.
 
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.Yanğının səbəbi hələ ki, məlum deyil.