Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarlara müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, avqustun 27-də Astara və Lənkəran şəhərlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan biznes subyektləri ilə görüş təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov müvafiq şəhərlər üzrə sahibkarların müraciətlərini dinləyəcək, suallarını cavablandıracaq.
Görüş saat 11:00-dan etibarən Astara şəhərində Heydər Əliyev Mərkəzində (Ünvan: İstiqlaliyyət küçəsi, 26B) keçiriləcək.
Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə görüşə gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 500 12 53, e-mail: [email protected], Seymur Murtuzayev, KOB dostu).