Göygöldə yük avtomobili piyadanı vurub öldürdü
Göygöl rayonunun Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fakt.info xəbər verir ki, dünən saat 9 radələrində 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəhman Fərman oğlu Allahverdiyevin idarə etdiyi "Zil MMZ-45021" markalı yük avtomobilini geriyə doğru hərəkət etdirərkən yol kənarında dayanan 1963-cü il təvəllüdlü İman Əli oğlu Məmmədovu vurub.
Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.