Goranboyda nə baş verib? - FHN-dən RƏSMİ AÇIQLAMA
Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın olub.
Fakt.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan yoxdur.