Lavrov: Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq

Lavrov: Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq

Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi tezliklə yoxa çıxacaq.

Rusiya mediasının xəbərinə görə, bunu xarici işlər naziri Sergey Lavrov deyib.

O, Aİ-nin iqtisadi üstünlüklərini itirdiyini bildirib.

"Serbiyalı dostlarımız, indi də burada erməni həmkarlarımız deyirlər ki, biz Avropa İttifaqına daxil olmaq istəyirik. Əminəm ki, onların bu istəyi çox tezliklə yoxa çıxacaq”, - Lavrov qeyd edib.