Bakı ilə Həştərxan arasında birbaşa uçuşlar bərpa olunur: Tarix açıqlandı
Həştərxan (Rusiya) ilə Bakı arasında birbaşa hava əlaqəsi sentyabrın 30-dan bərpa olunacaq. Reysləri AZAL aviaşirkəti həyata keçirəcək.
Fakt.info TASS-a istinadən xəbər verir ki, bu barədə B.M.Kustodiyev adına Həştərxan Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Həştərxan və Bakı arasında uçuşlar 2025-ci ilin fevral ayında "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin qərarı ilə dayandırılmışdı. Azərbaycan daşıyıcısı bunu Rusiyanın, o cümlədən Həştərxanın hava məkanının vaxtaşırı bağlanması ilə izah etmişdi.
"Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri nəzərdə tutulub. Reyslərin yola düşməsi saat 10:00-a planlaşdırılır, uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək. Marşrut üzrə daşıyıcı tərəfindən "Embraer E-190" təyyarələri cəlb olunacaq", - deyə məlumatda qeyd olunur.