Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir

Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir

Göygöldə qətl hadisəsi baş verib.

Fakt.info APA-ya istinadən bildirir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisindən qeydə alınıb.

Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.