Səfərbərlik elan edilsə, Rusiya ilə sərhədi bağlayacağıq – Baş nazir

Səfərbərlik elan edilsə, Rusiya ilə sərhədi bağlayacağıq – Baş nazir

Estoniya Rusiyada ümumi səfərbərlik elan olunacağı təqdirdə sərhəd-keçid məntəqələrinin operativ şəkildə bağlanması imkanını nəzərdən keçirir.
Fakt.info globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal danışıb.
O bildirib ki, Rusiyada mümkün ümumi səfərbərlik ölkənin təhlükəsizliklə bağlı qiymətləndirməsinə təsir göstərə bilər.
Baş nazirin sözlərinə görə, belə bir vəziyyətdə Estoniya sərhəddə əlavə təhlükəsizlik tədbirləri görə və keçid məntəqələrinin fəaliyyətini qısa müddətdə dayandıra bilər.
Mixal həmçinin Rusiyanın Ukraynadakı müharibə çərçivəsində hərbi itkilərinin yüksək olaraq qaldığını qeyd edib.