Həmyerlimiz Yəhudi Muxtar Vilayətində deputat seçildi - FOTO
Həmyerlimiz Seymur Xanhüseyn oğlu Məmmədli Rusiyanın Yəhudi Muxtar Vilayətinin qanunvericilik orqanı olan Vilayət Məclisinə deputat seçilib.
Uzun illərdir Yəhudi Muxtar Vilayətində yaşayan Seymur Məmmədli regionun ictimai-iqtisadi həyatında fəal iştirak edir.
Seymur Məmmədli Yəhudi Muxtar Vilayətinin fəxri vətəndaşı, 15 il ərzində vilayətin qanunvericilik orqanında deputat kimi fəaliyyət göstərmiş, tanınmış iş adamı Hikmət Məmmədovun qardaşı oğludur. Hikmət Məmmədov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamı ilə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Məmmədovlar ailəsinin kökləri Azərbaycanın Masallı rayonunun Ərkivan qəsəbəsinə bağlıdır. Ailə doğma yurdda həyata keçirdiyi xeyriyyə və sosial layihələrlə də tanınır. Bu fəaliyyət çərçivəsində məktəbin və məscidin təmirinə dəstək göstərilməsi, mərasim evinin inşası, yol infrastrukturu ilə bağlı işlərə yardım edilməsi, eləcə də aztəminatlı ailələrə mütəmadi maddi və sosial dəstək göstərilməsi xüsusi qeyd olunur.
Seymur Məmmədlinin Yəhudi Muxtar Vilayətinin qanunvericilik orqanına seçilməsi Rusiyada yaşayan azərbaycanlıların ictimai və sosial həyatdakı fəallığının göstəricisi olmaqla yanaşı, Ərkivanın yetirməsi olan bu ailənin regionun ictimai-siyasi həyatında qazandığı nüfuzun daha bir ifadəsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Yəhudi Muxtar Vilayəti Rusiya Federasiyasının tərkibində olan yeganə muxtar vilayətdir. Vilayətin qanunvericilik orqanı regionun ictimai-siyasi və sosial-iqtisadi həyatına dair mühüm qərarların qəbul edilməsində əsas təsisatlardan biridir.///Fakt.info