Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb

Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb

Moskva hava limanlarında həm gəliş, həm də gediş üzrə təxminən 250 reys təxirə salınıb.

Bu barədə "Ostorojno, Moskva” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, cədvəl dəyişiklikləri ən çox Vnukovo hava limanında qeydə alınıb – burada 113 reysdə gecikmə baş verib. Şeremetyevoda 80, Domodedovoda isə 50 reys gecikir. Ümumilikdə 243 reys (172 gəliş və 71 gediş) qrafikdən geri qalır.

Qeyd olunur ki, bəzi reyslərin vaxtı növbəti günə dəyişdirilib.
 
///qafqazinfo///