"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı

"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.
Fakt.info xəbər verir ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb. Alman klubunun azarkeşləri isə indiyədək 1715 bilet alıblar.
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.