Teymur Yəhyayev Ərkivanda dəfn edildi - VİDEO/FOTO

Teymur Yəhyayev Ərkivanda dəfn edildi - VİDEO/FOTO

Sankt-Peterburq şəhərində dünyasını dəyişən tanınmış jurnalist, politoloq və Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayevin nəşi doğma Ərkivan qəsəbəsinə gətirilib.

Mərhum Ərkivan qəsəbəsinin Həsənəküçə məhəllə qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

Teymur Yəhyayevlə vida mərasimində ictimaiyyət nümayəndələri, qəsəbə sakinləri, dostları və yaxınları iştirak edərək onunla son vidalaşıblar.

Vida mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov, Əməkdar mühəndis Salam Qasımov, mərhumun dostu İldırım Allahyarov, elm xadimi Adil Yəhyayev və qardaşı Ramiz Yəhyayev Teymur Yəhyayevlə bağlı xatirələrini bölüşüblər. Onun həyat və fəaliyyəti, insanlarla münasibətləri və yaddaşlarda yaşayan obrazı haqqında danışaraq ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Beləcə, bir ömür yolunun son səhifəsi doğma Ərkivanda yazıldı. Teymur Yəhyayev bu dünyadan köçsə də, onunla bağlı xatirələr, dostlarının yaddaşında yaşayan söhbətləri və doğma yurduna bağlılığı onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun.