Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli” atılıb.
Fakt.info xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb. Onların məktəblərdə vahid geyim qaydalarına qarşı çıxdıqları üçün bu əməli törətməsi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.