Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
ABŞ-da keçirilən aralıq seçkilərdə demokratların Konqresin hər iki palatasında üstünlük əldə etməsindən sonra Rusiyadan ilk açıqlama gəlib.
Fakt.info xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov seçkilərin nəticələrinin ABŞ Prezidenti Donald Trampın Ukraynada sülhün təmin olunması istiqamətindəki səylərinə təsir etməməsini arzuladıqlarını bildirib.
Peskov ABŞ-da keçirilən aralıq seçkilərin Trampın Ukrayna siyasətinə mümkün təsiri ilə bağlı danışarkən deyib:
"Ümid edirik ki, ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri Trampın Ukraynada sülhə nail olmaq səylərinə təsir etməyəcək”.
Rusiya ilə ABŞ arasında dialoqun seçkilərdən sonra çətinləşib-çətinləşməyəcəyi ilə bağlı suala cavab verən Peskov diplomatik prosesin davam etməsini arzuladıqlarını vurğulayıb. O, Donald Trampın prezident vəzifəsində qalmaqda davam etdiyini və sülh səylərini davam etdirəcəyinə ümid etdiklərini bildirib.
Kremlin sözçüsü üçtərəfli danışıqların növbəti mərhələsinin də yaxın vaxtlarda keçiriləcəyini qeyd edib. O, Melaniya Trampın sülh və humanitar yardım istiqamətindəki səylərinin də davam etməsini arzuladıqlarını söyləyib.
Konqresin yeni tərkibinin Trampın diplomatik fəaliyyətinə mane olub-olmayacağı ilə bağlı suala isə Peskov "Bu, Amerikanın daxili məsələsidir” cavabını verib.
Qeyd edək ki, ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərində demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük əldə ediblər. Qeyri-rəsmi nəticələrə əsasən, demokratlar Senatda 54, Nümayəndələr Palatasında isə 228 mandat qazanıblar.