Ərkivanlı şahmatçı Nərmin Abdinova Avropa çempionu oldu

Ərkivanlı şahmatçı Nərmin Abdinova Avropa çempionu oldu

Masallı rayonunun Ərkivan qəsəbəsindən olan şahmatçı Nərmin Abdinova Yunanıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Fakt.info xəbər verir ki, Yunanıstanın Hersonissos şəhərində 8–18 yaşlı şahmatçılar arasında keçirilən yarışda Nərmin Abdinova 18 yaşadək qızlar kateqoriyasında mübarizə aparıb.
O, VIII turda Polşa təmsilçisi Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini qazanıb. Bununla da masallılı şahmatçı son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu təmin edib.
Qeyd edək ki, Azərbaycan şahmatçıları arasında bu yaş kateqoriyasında sonuncu dəfə 2014-cü ildə Ülviyyə Fətəliyeva Avropa çempionu olub.