Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü: Şübhəli saxlanıldı

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü: Şübhəli saxlanıldı

Dağıstanda rusiyalı samboçu Məhəmməd Davudovun qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Fakt.info bu barədə Oxu.Az-a istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, idmançının Mahaçqaladakı ziyafət zalının ərazisində öldürülməsində şübhəli bilinən 23 yaşlı şəhər sakini saxlanılıb.

İlkin məlumatlara əsasən, atışmaya tərəflər arasında mübahisə səbəb olub.