Paşinyandan müxalifətə sərt hədə: "Azərbaycanla sülhə mane olursunuz!"

Paşinyandan müxalifətə sərt hədə: "Azərbaycanla sülhə mane olursunuz!"

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqanda təmsil olunmasınlar.

Fakt.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə keçirilən hökumət saatında çıxışı zamanı danışıb.

"Bu müxalifət sülhə maneə kimi mövqe tutur. Yəni yekun və tam sülhə gedən yolda qarşımızda bir maneə var və bu, parlament müxalifətidir. İndi bizim iki yolumuz var: ya ictimai təzyiq yaradırıq və müxalifət bu mövqeyindən imtina edir, ya da siyasi prosesləri elə istiqamətləndiririk ki, müxalifətin bu hissəsi artıq parlamentdə təmsil olunmasın. Qalanı texniki məsələdir", - deyə Paşinyan bildirib.

Baş nazir rəhbərlik etdiyi siyasi qüvvənin bu istiqamətdə addımlar atmaq üçün kifayət qədər siyasi iradəyə malik olduğuna əminliyini ifadə edib.