“Xarici rektorlar da Elçin Babayevin təkəbbüründən narazı qalmışdı” - Fərid Şahbazlı
Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Fakt.info xəbər verir ki, Elçin Babayev ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Şahbazlı sosial şəbəkə hesabında paylaşım edib.
O Elçin Babayevin rektorluq dönəmi haqda deyib:
"Açığı, onun rektorluğu dövrü haqqında danışılacaq çox şey var. İllər ərzində adı müxtəlif qalmaqallarda, korrupsiya və rüşvət iddialarında, sərt və qapalı idarəçilik tərzi ilə bağlı müzakirələrdə hallandı. Universitet daxilində münasibətlərdən tutmuş kadr siyasətinə qədər bir çox məsələ ciddi narazılıqlar doğurdu. Bununla bağlı onun vəzifədə olduğu dönəmlərdə dəfələrlə yazmışıq.
Mən özüm də dəfələrlə BDU-da olmuşam. Xarici ölkələrdən gələn universitet rektorları və nümayəndə heyətlərinin rektor kimi Elçin Babayevlə keçirdikləri görüşlərdə iştirak etmişəm.
Təəssüf ki, həmin görüşlərdən sonra xarici universitet rəhbərlərinin onun davranışından, təkəbbüründən və qarşı tərəfə münasibətindən narazı qaldıqlarını da eşitmişəm. Açığı, belə bir mənzərə ilə qarşılaşmaq heç də xoş deyil. Axı sən sadəcə özünü deyil, Azərbaycanın ən böyük və nüfuzlu universitetlərindən birini təmsil edirsən. Ən böyük problem isə universitetin getdikcə qapalı bir sistemə çevrilməsi təəssüratı idi. Sanki BDU-da hər şey bir kabinetdən idarə olunmalı, hər kəs öz yerini bilməli, fərqli fikir isə arxa plana keçməli idi. Halbuki universitet qorxu və inzibati təzyiq məkanı deyil. Universitet müəllimin, tələbənin, alimin sərbəst düşünə bildiyi yerdir”.
Fərid Şahbazlı əlavə edib ki, Babayevin adı uzun müddət Ramiz Mehdiyevə yaxın kadr kimi də hallanıb:
"Onun fəaliyyəti ilə bağlı səsləndirilən müxtəlif korrupsiya, rüşvət və idarəçilik ittihamları isə ictimaiyyətin diqqətindən kənarda qalmayıb. Təbii ki, bu iddiaların hər biri araşdırılmalı, faktlar ortaya qoyulmalı və hüquqi qiymət verilməlidir. Bir məsələni unutmaq olmaz: Bakı Dövlət Universiteti heç kimin şəxsi mülkü deyil. Bu universitetin tarixi, elmi ənənələri və yetişdirdiyi insanlar istənilən rektorun vəzifə müddətindən qat-qat böyükdür. Elçin Babayev də gəldi, öz dövrünü yaşadı və getdi. Amma əsas məsələ onun getməsi deyil, arxasında qoyduğu idarəçilik mühitinin dəyişməsidir. BDU-ya indi yeni nəfəs, açıq qapılar, sağlam akademik mühit və müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət lazımdır.
Vəzifə müvəqqətidir. İnsanların yaddaşında necə qaldığın isə tamam başqa məsələdir”.